...

Azərbaycan Qazaxıstandan xam neft və neft məhsulları idxalını 4 dəfəyə yaxın artırıb

İqtisadiyyat Materials 18 Fevral 2026 18:00 (UTC +04:00)
Azərbaycan Qazaxıstandan xam neft və neft məhsulları idxalını 4 dəfəyə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycana Qazaxıstandan 74,034 milyon ABŞ dolları dəyərində 135 966 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları idxal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər ifadəsində 51,2 milyon dollar və ya 3,2 dəfə, həcm baxımından isə 101,4 min ton və ya 3,9 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana ümumilikdə 4 ölkədən – Qazaxıstan, Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İraq – 772,9 milyon ABŞ dolları dəyərində 1,664 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları idxal edilib. Əvvəlki illə müqayisədə sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 247,2 milyon ABŞ dolları və ya 24,2%, həcm baxımından isə 205,1 min ton və yaxud da 11% azalıb.

Əlavə edək ki, bundan başqa, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə 12,1 milyard ABŞ dolları dəyərində 23,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. 2024-cü illə müqayisədə sözügedən məhsulların dəyəri 2,4 milyard ABŞ dolları və ya 16,2%, həcmi isə 214,8 min ton və ya 0,9% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti