...

Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI

İqtisadiyyat Materials 19 Fevral 2026 12:03 (UTC +04:00)
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycana 7 ölkədən dəyəri 118,852 milyon ABŞ dolları olan 138,6 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə dəyər baxımından 38,7 milyon ABŞ dolları və ya 48,3%, həcm ifadəsində isə 52,3 min ton və ya 60,6% çoxdur.

Eyni zamanda hesabat dövründə Azərbaycandan iki ölkəyə - Ermənistan və Gürcüstana dəyəri 3,566 milyon ABŞ dolları olan 5,4 min ton “Aİ-95” markalı benzin ixrac edilib.

Belə ki, 2025-ci ildə Azərbaycandan Ermənistana 788,8 min ABŞ dolları dəyərində 1 210 ton, Gürcüstana isə 2,777 milyon ABŞ dolları dəyərində 4 196 ton “Aİ-95” markalı benzin ixrac edilib.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Bu ilin yanvarın 9-da Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.

Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

2025-ci ildə Azərbaycanın “Aİ-95” markalı benzin idxal etdiyi ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

12052,5

9883,38

Rusiya

74624,16

63918,19

Birləşmiş Ərəb Əmirlikləri

24813,56

21607,88

Gürcüstan

1499,08

1224,25

Bolqarıstan

3457,7

2993,41

Rumıniya

14282,93

12239,42

Yunanıstan

7833,23

6985,29

Məqalədə:
Xəbər lenti

Xəbər lenti