Bakı.Trend:
Müasir azadlıq hərəkatları yerli əhalini səfərbər edərək müstəmləkə istismarına qarşı milli identikliyi gücləndirir.
Trend xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib .
O, bu mübarizədə kolonial hakimiyyətlərə qarşı diplomatiya, etirazlar və beynəlxalq vəkillik kimi strateji addımların atıldığını bildirib.
A.Abbasov BTQ-nin son iki ildəki fəaliyyətindən də danışıb:
“Biz müstəmləkəçiliyə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının roluna fokuslanmışıq. Son iki il ərzində 35-dən çox beynəlxalq konfrans təşkil olunub, 150-yə yaxın resurs araşdırması aparmışıq və 40-dan çox hesabat dərc edilib”.
A. Abbasov 2025-ci ilin aprelində Afrika mənşəli insanlar üçün keçirilən forumda təqdim olunan hesabatın BMT Baş katibinin proqramına daxil edildiyini böyük nailiyyət kimi qiymətləndirib.
