...

Zelenski növbəti üçtərəfli danışıqların harada keçiriləcəyini açıqladı

Dünya xəbərləri Materials 19 Fevral 2026 11:53 (UTC +04:00)
Zelenski növbəti üçtərəfli danışıqların harada keçiriləcəyini açıqladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqların növbəti raundu yenidən İsveçrədə keçiriləcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

“Mən vurğulamaq istəyirəm ki, növbəti görüş də İsveçrədə baş tutacaq. Bu gün üçün məndə olan bütün məlumat budur”, – deyə o, britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib.

Müsahibə jurnalistin "YouTube" kanalında yayımlanıb. Zelenski növbəti danışıqlar raundunun nə vaxt keçiriləcəyi və hansı tərkibdə baş tutacağı barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti