...

"Nyukasl"ın hücumçusu klubdan ayrılmaq istəyir

İdman Materials 18 Fevral 2026 13:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Nyukasl"ın hücumçusu Nik Voltemade klubdan ayrılmaq istəyir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı forvard İngiltərədə özünü xoşbəxt hiss etmir.

Voltemadenin planı ölkəsinə qayıtmaqdır. 24 yaşlı futbolçu "Ştutqart" və ya "Bavariya"da oynamağa isti yanaşır.

"Nyukasl" Nik Voltemadeni mövsümün əvvəlində "Ştutqart"dan 75 milyon avroya transfer edib. Almaniya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı ilk oyun bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab görüşü isə ayın 24-dən 25-də keçən gecə saat 00:00-da İngiltərədə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti