...

Bakıda Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi (FOTO)

Siyasət Materials 17 Fevral 2026 23:04 (UTC +04:00)
Bakıda Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

17 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası tərəfindən siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Samir Şərifov, Gürcüstan tərəfindən isə xarici işlər nazirinin müavini Laşa Darsalia rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında əməkdaşlığın regionun təhlükəsizliyi və iqtisadi rifahı üçün əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun dinamikası müsbət qiymətləndirilib, beynəlxalq təşkilatlar çərçivəsində və çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı iqtisadi, ticarət, enerji, nəqliyyat, tranzit, humanitar və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Baş nazirlərin rəhbərlik etdiyi Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Gürcüstan tərəfinə post-münaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın sülh gündəliyi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti