...

Hörmüz boğazında zədələnmiş Tailand yük gəmisində insan qalıqları tapılıb

Dünya xəbərləri Materials 4 Aprel 2026 01:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand bayrağı altında üzən və martın 11-də İran tərəfindən atılan mərmilər nəticəsində zədələnən yük gəmisində insan cəsədinin qalıqları aşkarlanıb.

Trend xəbər verir ki, qalıqların kimə məxsus olduğu hələ müəyyən edilməyib.

İran adalarından birində saya oturan “Mayuri Naree” gəmisində itkin düşmüş üç gəmiçinin tapılması üçün axtarış-xilasetmə qrupları cəlb olunub.

Qeyd edək ki, Hörmüz boğazından keçərkən baş verən hücumdan sonra gəmidə olan digər 20 ekipaj üzvü təxliyə edilib.

Xəbər lenti

Xəbər lenti