...

Abbas Əraqçi və Hakan Fidan regiondakı gərginliyi müzakirə edib

Dünya xəbərləri Materials 4 Aprel 2026 02:34 (UTC +04:00)
Abbas Əraqçi və Hakan Fidan regiondakı gərginliyi müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Abbas Əraqçi özünün "Telegram" kanalında paylaşım edib.

Nazir qeyd edib ki, söhbət zamanı ABŞ və İsrailin İrana qarşı hücumları müzakirə edilib və ən son regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladığı, İranın isə cavab olaraq İsrail ərazisinə raketlər buraxdığı bildirilir. Həmçinin İran qüvvələrinin ABŞ-ın Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum etdiyi, bəzi region ölkələrinin isə təhlükəsizlik səbəbindən hava məkanını müvəqqəti bağladığı məlum olub.

Xəbər lenti

Xəbər lenti