...

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub

İdman Materials 3 Aprel 2026 23:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Trend-in məlumatına görə, final qarşılaşmasında “Zirə” komandası “Birbaşa Bakı” ilə üz-üzə gəlib.

Bakı Tennis Akademiyasında keçirilən oyunda “Zirə” 4:1 hesablı qələbə qazanaraq çempionluğa yiyələnib.

Üçüncü yer uğrunda keçirilən görüşdə isə “Aznur” komandası “Sumqayıt”ı 6:4 hesabı ilə məğlub edib.

Beləliklə, “Zirə” qızıl, “Birbaşa Bakı” gümüş, “Aznur” isə bürünc medallara sahib olub.

Xəbər lenti

Xəbər lenti