Bakı. Trend:
2026-cı ilin fevral ayında Azərbaycanda debet kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatların sayı 210,9 milyon vahid təşkil edib, onların ümumi həcmi isə 11,566 milyard manata çatıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Bildirilib ki, 2025-ci ilin fevral ayının göstəriciləri ilə müqayisədə əməliyyatların sayı 52,2 milyon və ya 32,9% artıb, onların ümumi həcmi isə 1,389 milyard manat və ya 13,7% yüksəlib.
Belə ki, 2025-ci ilin fevral ayında debet kartları üzrə əməliyyatların sayı 158,7 milyon, ümumi həcmi isə 10,177 milyard manat olub.
Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə bank sistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 minə çatıb.Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
