...

Əfqanıstanda zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 Aprel 2026 22:28 (UTC +04:00)
Əfqanıstanda zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstan ərazisindəki Hinduquş dağlarında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 161 min əhalisi olan Kunduz şəhərindən 179 km şərqdə yerləşib. Yeraltı təkanların ocağı 186 km dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti