...

“e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır

Cəmiyyət Materials 3 Aprel 2026 14:27 (UTC +04:00)
“e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“e-Sosial” mobil tətbiqi “mygov”a inteqrasiya olunaraq fəaliyyətini dayandıracaq.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik “e-Sosial” mobil tətbiqi üzərindən göstərdiyi rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesini bitirmək üzrədir.

Proses bu ayın sonunadək tam yekunlaşacaq və mayın 1-dən “e-Sosial” tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq.

Qeyd edillib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası üzrə işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti