...

ABŞ Venesuela liderini “qara siyahıdan” çıxarıb

Dünya xəbərləri Materials 2 Aprel 2026 15:54 (UTC +04:00)
ABŞ Venesuela liderini “qara siyahıdan” çıxarıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Maliyyə Nazirliyi Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesi sanksiyalar siyahısından çıxarıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Biz Prezident Donald Trampın bu qərarını ölkələrimiz arasında münasibətlərin normallaşdırılması və möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndiririk”,- Rodriges “X” sosial şəbəkə hesabında yazıb.

O, həmçinin ABŞ-nin Venesuelanın özünə qarşı tətbiq olunan sanksiyaları da ləğv edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Donald Trampın ilk prezidentlik müddəti dövründə Delsi Rodrigesi və onun qardaşı Xorxeni Venesuela demokratiyasını sarsıtmaqda oynadıqları rola görə sanksiyalar siyahısına daxil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti