Bakı.Trend:
Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılaraq 5-ə çatdırılıb.
Bu barədə Trend-ə Azərbaycan yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bununla da həmin hissədə yolun buraxıcılıq qabiliyyəti artırılıb.
Vətəndaşların müraciətləri nəzərə alınaraq bu yol sahəsində hərəkət optimallaşdırılıb.
