Bakı. Trend:
Türkiyənin Balıkəsir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Sındırğı rayonunda olub. Yeraltı təkanların ocağı 10,55 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
