...

Yəməndəki husilər Tel-Əvivdəki hədəflərə hücum etdiklərini bildiriblər

Dünya xəbərləri Materials 3 Aprel 2026 01:42 (UTC +04:00)

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı Tel-Əvivdəki hədəflərə ballistik raket hücumu həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya deyib.

"Qüvvələrimiz Yaffoda (Tel-Əviv) İsrailin mühüm obyektlərini hədəf alan ballistik raketlərdən istifadə edərək hərbi əməliyyat keçirib", - deyə o qeyd edib.

Husilərin hərbi nümayəndəsi raket hücumunun effektivliyi barədə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti