Bakı. Trend:
Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 132,8 milyon manat təşkil edib.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 3 milyard 571,1 milyon manat və ya 6,7% çoxdur.
Məlumata görə, fəaliyyətdə olan bankların cəmi öhdəlikləri 49 milyard 617,4 milyon manat, balans kapitalı 7 milyard 515,4 milyon manat olub. Fevral ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.5% artıb.
28 fevral 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,507 olmuşdur. Hesabat ayının sonuna bank sektorunda çalışanların sayı 27,277 nəfər təşkil edib.
