...

TDT-yə üzv ölkələr arasında tərəfdaşlıq regionun sabitliyi üçün vacib şərtdir - Nökərqulu Ataquliyev

Siyasət Materials 2 Aprel 2026 13:28 (UTC +04:00)
TDT-yə üzv ölkələr arasında tərəfdaşlıq regionun sabitliyi üçün vacib şərtdir - Nökərqulu Ataquliyev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında tərəfdaşlığı regionun sabitliyi və inkişafı üçün vacib şərt hesab edir.

Trend xəbər verir ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataquliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökümət başçılarının və vitse-prezidentlərinin ikinci iclasında çıxışı zamanı deyib.

“Türkmənistan Türk dövlətləri arasında tərəfdaşlığı yüksək qiymətləndirir və bunu regionun sabitliyi və inkişafı üçün vacib şərt hesab edir. Hazırda ölkələrimiz qlobal gündəlikdəki əsas məsələlər üzrə sıx və effektiv əməkdaşlıq aparır. Xüsusilə, beynəlxalq sülhün möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması, ətraf mühitin qorunması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq kimi sahələrdə səylərin əlaqələndirilməsi müasir dövrün ən vacib vəzifələrindən biridir”, – deyə o bildirib.

Ataquliyev qeyd edib ki, bu kontekstdə TDT dövlətlərinin səylərinin konsolidasiyasının önəmi xüsusi vurğulanmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti