Bakı. Trend:
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il ənənəvi olaraq keçirilən “Bankçılıq Mükafatları” çərçivəsində 2025-ci ilin yekunları üzrə qaliblər elan edilib. "Yelo Bank"ın ötən il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyət ABA tərəfindən yüksək qiymətləndirilib.
Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq görülüb:
- Korporativ sosial məsuliyyət;
- Maliyyə savadlılığı dəstəkçisi;
- Təhsil dəstəkçisi;
- Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;
- Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;
- Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).
"Yelo Bank" üçün 2025-ci il həm rəqəmsallaşma, həm də sosial
məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən
istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə
dəstək, KOB-in maliyyələşdirilməsi və dayanıqlı inkişaf
təşəbbüsləri Bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz
hissəsidir.
Tecili
kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!