...

Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında İran münaqişəsi ilə bağlı təmaslar davam edir - Narışkin

Dünya xəbərləri Materials 1 Aprel 2026 13:09 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti (XKX) İran münaqişəsi ilə bağlı ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmaslar saxlayır.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib

“Bəli, bizim Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrimiz davam edir”, – deyə o bildirib”.

O əlavə edib ki, Rusiya Yaxın Şərqdəki böhranın nizamlanması ilə bağlı müxtəlif ölkələrlə məsləhətləşmələr aparır.

Martın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın eyni zamanda İran rəhbərliyi ilə də daimi təmasda olduğunu bildirmişdi. Kreml rəsmisi dəfələrlə qeyd edib ki, Rusiya öz imkanları daxilində Yaxın Şərqdə nizamlanmaya yardım göstərməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti