Bakı. Trend:
Amerikanın Nyu-York ştatının Uayt Pleyns şəhərində polis 65 yaşlı Reymond Eldersi kütləvi qırğın silahlarının istehsalı və istifadəsi ittihamı ilə həbs edib.
Trend xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Məlumata görə, Eldersin evində 25 ədəd əldəqayırma partlayıcı qurğu (ƏPQ) aşkar edilib.
Hadisədən əvvəl Eldersin qonşuları ərazidə bir sıra partlayış səsləri eşidərək polisə zəng ediblər. Polis tezliklə 65 yaşlı kişini həbs edib və müstəntiqlər onun evində ƏPQ hazırlamaq üçün materiallar tapıblar.
Prokurorluqda Eldersin küçənin səkisində əlində partlayıcı qurğu və alışqan tutduğu görüntüləri müşahidə kameralarından təqdim edilib. Videolarda onun ƏPQ-ni yandırıb uzaqlaşdığı, daha sonra isə partlayışın baş verdiyi görünür.
