Bakı. Trend:
İtaliya futbolunun nəhənglərindən olan “Milan” klubu heyətini yeni gənc istedadla gücləndirib.
Trend xəbər verir ki, İtaliya təmsilçisi Serbiyanın “Partizan” klubunda çıxış edən Andrey Kostiçin transferini uğurla yekunlaşdırıb.
“Qırmızı-qaralar” 19 yaşlı monteneqrolu forvardın keçidi üçün Belqrad klubuna 3,5 milyon avro təzminat ödəyəcək. Gənc hücumçunun rəsmi olaraq iyulun 1-dən etibarən “Milan”ın düşərgəsinə qoşulacağı planlaşdırılır.
Qeyd edək ki, müqavilənin şərtlərinə əsasən, “Partizan” futbolçunun gələcək satışından əlavə 10 faiz pay almaq hüququnu da qoruyub saxlayır.
