Bakı. Trend:
2025-ci ildə İranın Azərbaycana birbaşa investisiyalarının həcmi 375,315 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 3,828 milyon dollar və ya 1% artıb.
Məlumata əsasən, hesabat ilində İranın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların ümumi birbaşa xarici investisiyalar içində payı 5,7% təşkil edib.
2024-cü ildə İranın Azərbaycana yatırdığı birbaşa investisiyaların ümumi həcmi 371,487 milyon dollar olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azdır.
Eyni zamanda hesabat dövründə Azərbaycandan xarici ölkə iqtisadiyyatlarına yönəldilən birbaşa investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.
