Bakı. Trend:
İsrail ordusu (ÇAXAL) 28 martdan bəri Tehrandakı hədəflərə üçüncü zərbələr seriyasını tamamlayıb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"İsrail Müdafiə Qüvvələri bu gün üçüncü dəfə Tehrana genişmiqyaslı hücumlar həyata keçirib", - deyə bildirilib.
Məlumata əsasən, İran paytaxtında "onlarla infrastruktur obyektinə" hücum edilib.
