...

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Cəmiyyət Materials 28 Mart 2026 13:50 (UTC +04:00)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Martın 27-də ölkədə cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti