Bakı.Trend:
Bu gün saat 12 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
