...

Türkiyə millisinin üzvü "Milan"a keçə bilər

İdman Materials 27 Mart 2026 13:18 (UTC +04:00)
Türkiyə millisinin üzvü "Milan"a keçə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə millisinin üzvü Emirhan Topçu karyerasını İtaliyada davam etdirməyə çox yaxındır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” “Beşiktaş”ın müdafiəçisi üçün hərəkətə keçib.

"Rossonyerlər" 25 yaşlı futbolçu üçün ilkin təklif də irəli sürüb.

Emirhanın “Beşiktaş”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. “Qara qartallar” onun üçün 5 milyon avro tələb edir.

Topçunun özü də İtaliyaya yollanmağa hazır olduğunu yaxın ətrafına bildirib. “Beşiktaş”ın üzvü “Rizespor”, “Çelik”(Bosniya və Herseqovina), “Menemenspor” klublarında da oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti