Bakı. Trend:
Gecə saatlarında Cənubi Livanda "Hizbullah" ilə qarşıdurmada İsrailin 2 hərbçisi ağır yaralanıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Hadisənin “əməliyyat qəzası” nəticəsində baş verdiyi bildirilir.
Hər iki hərbçi ciddi vəziyyətdə xəstəxanaya yerləşdirilib və ailələrinə məlumat verilib.
IDF-in ilkin araşdırmasına görə, hərbçilər onların yaxınlığında səhvən partlayan qumbara səbəbindən yaralanıblar.
