...

Küveyt və Səudiyyə Ərəbistanına hava hücumları olub

Dünya xəbərləri Materials 27 Mart 2026 13:32 (UTC +04:00)
Küveyt və Səudiyyə Ərəbistanına hava hücumları olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Küveytin şimal-qərbində yerləşən Bubiyan Adasındakı Mübarək əl-Kebir limanına pilotsuz uçuş aparatları (PUA) və kruiz raketi ilə hücum edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Küveytin İctimai İşlər və Mənzil Nazirliyinin nəzdində Hökumət Kommunikasiya Mərkəzi hücuma dair açıqlamanı "X" sosial şəbəkə hesabı vasitəsilə yayımlayıb.

Açıqlamada, Mübarək əl-Kebir limanına ikili hücum təşkil edildiyi bildirilib. Hücum nəticəsində limanın infrastrukturu zədələnib, xəsarət alan olmayıb.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin "X" şəbəkə hesabındakı açıqlamaya görə, paytaxt Ər-Riyad bölgəsinə 6 balistik raketlə hücum təşkil edilib. Raketlərdən ikisi vurulub, digər dördü isə Körfəz sularına və boş ərazilərə düşüb.

Açıqlamada, hücumun mənbəyi itkilərlə bağlı məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti