Füzuli. Trend:
“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidis-in başçılığı ilə Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahlar Zəngilan rayonundan sonra Füzuli şəhərinə gəliblər.
Trend-in Qarabağ bürosunun məlumatına görə, səyyahlar əvvəlcə şəhərin işğal dövründə dağıdılmış ərazilərinə baxış keçiriblər. Onlara həmin dövrdə törədilmiş vandalizm aktları barədə məlumat verilib.
Daha sonra qonaqlar Füzulidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar. Səyyahlara şəhərdə icra olunan infrastruktur layihələri, yeni salınan yaşayış kompleksləri və sosial obyektlər haqqında ətraflı məlumat təqdim edilib.
Bununlada səyyahların bu gün ki səfəri başa çatıb.
Qeyd edək ki, 37 ölkədən 79 nəfərin iştirak etdiyi bu səfər Qarabağ və Şərqi Zəngəzura təşkil olunan ən böyük beynəlxalq səyyah qruplarından biri hesab olunur.
Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesini beynəlxalq ictimaiyyətə çatdırmaq, həmçinin regionun turizm potensialını tanıtmaqdır.
Xatırladaq ki, 2020–2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzura dünya səyyahlarının bir neçə səfəri təşkil olunub və hazırkı səfər bu prosesin davamıdır.
xxx
14:46
Zəngilan. Trend:
“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti dayancağı Zəngilan olub.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Zəngilan səfəri zamanı səyyahlar Horadiz-Ağbənd avtomobil yolu və dəmir yolunda gedən işlərlə tanış olublar. Bildirilib ki,Horadiz–Ağbənd avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir. Ümumi uzunluğu 126,3 kilometr olan magistralın 78,5 kilometrlik hissəsi altı hərəkət zolağından, 45 kilometrlik hissəsi isə dörd zolaqdan ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr arasında dəyişir. Bu göstəricilər yolun həm yükdaşıma potensialını, həm də sürətli nəqliyyat axınına uyğunluğunu təmin edir.
Layihə çərçivəsində 8 qovşaq, 44 alt keçid, 5 üst keçid, eləcə də 314 suötürücü qurğu və ümumi uzunluğu 12 kilometr olan 3 tunel inşa edilib. Yol boyunca 24 körpü layihələndirilib, onlardan 23-ü tam hazırdır, biri üzərində isə işlər davam edir.
Dəmir yolu xəttində görülən işlərlə də tanışlıq olub. Səyyahlara məlumat verilib ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin isə tikintisinə 2021-ci ildə başlanıldığı qeyd edilib. Bildirilib ki, Layihənin ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 22 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın və ümumilikdə 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub və Tikinti-quraşdırma işləri 3 mərhələdə aparılır.
Birinci mərhələ üzrə işlərin böyük hissəsi artıq tamamlanıb və dəmir yolu vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. İkinci mərhələdə torpaq işləri və mühəndis qurğularının inşası yekunlaşmaq üzrədir. Bu hissə Xudafərin hidroqovşağının maksimal su səviyyəsindən aşağıda yerləşdiyi üçün burada əlavə körpülər və qoruyucu tədbirlər görülüb. Məhz bu mərhələdə Azərbaycanın ən uzun dəmir yolu körpüsü – uzunluğu 771 metr, 23 aşırımlı körpü inşa olunub.
Üçüncü mərhələ isə Mincivan–Bartaz–Ağbənd istiqamətini əhatə edir.
xxx
12:12
“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin rəhbərliyi ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri Zəngilanda davam edir.
Trend-in Qarabağ bürosunun məlumatına görə, səfər çərçivəsində iştirakçılar Horadiz–Ağbənd avtomobil və dəmir yolu layihələrində aparılan tikinti işləri ilə tanış olacaqlar.
Bildirilib ki, iki günlük proqramda 37 ölkədən 79 səyyah iştirak edir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura təşkil olunan səfərlər arasında ən böyük heyət hesab olunur.
Qeyd edək ki, “NomadMania” platforması dünyanı 1301 bölgəyə bölərək xüsusi reytinq sistemi formalaşdırıb. Klubun rəhbəri Harry Mitsidis həmin bölgələrin hamısında səfərdə olub və hazırda bu göstərici ilə dünya üzrə liderdir. Təşkilatın illik toplantısı da ilk dəfə Azərbaycanda keçirilib.
Səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” konsepsiyası çərçivəsində tanıdılması, eyni zamanda aparılan bərpa və quruculuq işlərinin nümayişi baxımından əhəmiyyətli hesab olunur.
Məlumata görə, 2020–2025-ci illərdə müxtəlif beynəlxalq səyyah platformaları vasitəsilə Qarabağ və Şərqi Zəngəzura 15 səfər təşkil olunub. Hazırkı səfər isə sayca 16-cıdır.
xxx
09:43
Laçın. Trend:
“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Laçın şəhəri olub.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Laçına səfər zamanı səyyahlar “Yurd Qalareyası”na gəliblər. Burada onlar yerli sakinlər tərəfindən toxunan xalçalarla, əl işləri ilə tanış olublar. Səyyahlar Laçın şəhərində yerləşən “Gilabi Ceramics” mərkəzində də olublar. Onlar burada yerli sakinlər tərəfindən hazırlanan, gildən əl işlərinə baxıblar. Səyyahların Laçında yaradılan şərait, bərpa quruculuq işləri ilə də tanış olublar.
xxx
08:57
“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Laçın şəhəri olub.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Laçın səfəri zamanı səyyahların “Yurd Qalareyası”, həmçinin “Gilabi Ceramics” mərkəzi ilə və yerli sakinlər tərəfindən hazırlanan əl işləri ilə tanış olacaqlar. Səfər çərçivəsində şəhər turu və burada yaradılan şərait, bərpa-quruculuq işləri ilə tanışlıq da nəzərdə tutulub.
2 günlük səfər çərçivəsində budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.
“NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.
Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.
