Bakı. Trend:
İranda idman qurumları milli komandalar və klubların “düşmən” hesab olunan ölkələrə səfərinə müvəqqəti qadağa qoyub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, qərar idmançıların və nümayəndə heyətlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən qəbul edilib. Rəsmi açıqlamada qeyd olunur ki, təhlükəsizliyin təmin olunmadığı ölkələrə səfərlərə icazə verilməyəcək.
Eyni zamanda, Asiya Futbol Konfederasiyası ilə əlaqələrin gücləndirilməsi və oyunların neytral meydanlarda keçirilməsi məsələsinin gündəmə gətirilməsi tapşırılıb.
