Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İran hökumətinin xahişinə əsasən enerji stansiyasının məhv edilməsi müddətini 6 aprel Vaşinqton vaxtı ilə saat 20:00-a qədər 10 gün təxirə saldığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti “Truth” sosial media platformasında yazıb.
O bildirib ki, danışıqlar davam edir və əksini iddia edənlərə baxmayaraq, proses çox yaxşı gedir.
