Bakı. Trend:
Çin eyni daşıyıcı raket vasitəsilə iki uzaqdan müşahidə peykini orbitə göndərib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, peykləri daşıyan “Uzun yürüş-2D” raketi Pekin vaxtı ilə səhər saat 06:51-də Şensi əyalətində yerləşən Tayyuan kosmodromundan buraxılıb. Uçuş nəticəsində “Siwei Gaojing-2 05” və “Siwei Gaojing-2 06” peykləri nəzərdə tutulan orbitə uğurla yerləşdirilib.
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası tərəfindən verilən məlumata əsasən, peyklər qurumun törəmə strukturu olan Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən hazırlanıb. Onlar yüksək dəqiqlikli radar sistemləri ilə təchiz edilib və təbii ehtiyatların idarə olunması, ictimai təhlükəsizliyin təmin edilməsi, fövqəladə vəziyyətlərə operativ reaksiya, eləcə də dəniz nəzarəti kimi sahələrdə istifadə olunacaq.
Qeyd edək ki, bu buraxılış “Uzun yürüş” raketlər seriyası çərçivəsində növbəti — 63-cü missiya kimi qeydə alınıb. Təxminən 40,6 metr hündürlüyə və 3,35 metr diametrə malik olan “Uzun yürüş-2D” raketi 251 ton qaldırma qabiliyyəti ilə seçilir.
