Bakı. Trend:
İsrail ordusu İrandan daha bir raket atəşi aşkar etdiyini və onların ələ keçirilməsi üçün tədbirlərə başladığını bildirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.
"İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə doğru raket buraxılışını aşkar edib. Müdafiə sistemləri raketləri ələ keçirmək üçün çalışır", - deyə açıqlamada bildirilir.
