Bakı. Trend:
"Tottenhem" yeni mövsüm üçün baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.
Trend xəbər veri ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, London təmsilçisini çalışdırmağa namizədlərdən biri hazırda "Qalatasaray"ın baş məşqisi olan Okan Burukdur. Premyer Liqa nəhəngi türkiyəli mütəxəssislə danışıqlar aparacaq. Okan Burukla İtaliyanın "Latsio", Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubları da yaxından maraqlanır.
Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayında "Qalatasaray"ın baş məşqçisi postuna təyin olunub.
