Bakı. Trend:
Astronomlar süni intellektin köməkliyi ilə Günəş sistemindən kənarda 100-dən çox yeni ekzoplanet aşkarlayıblar.
Trend xarici KIV-ə istinadən xəbər verir ki, bu kəşf ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulmuş TESS kosmik aparatının topladığı məlumatlarda yer alsa da, onu ortaya çıxaran olmamışdı.
Faktın üzə çıxması məhz süni intellekt sayəsində etmək mümkün olub.
İstifadə olunan metod həmçinin əlavə olaraq təxminən 2000 ekzoplanet namizədi aşkarlayıb ki, onların təxminən yarısı əvvəllər məlum deyildi.
NASA-nın ekzoplanet kataloqunda hazırda təxminən 6000 təsdiqlənmiş obyekt olduğu nəzərə alınarsa, bu namizədlərin təsdiqlənməsi digər ulduzların ətrafında planetlərin axtarışında ciddi irəliləyiş ola bilər.
Ekzoplanetlərin aşkarlanmasına RAVEN innovativ süni intellekt sistemi töhvə verib Sistem Böyük Britaniyadakı Uorvik Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb.
