Bakı. Trend:
Futbol üzrə Fransanın birinci liqasının rəhbərliyi “Lans” – PSJ oyununu təxirə salıb.
Trend xəbər verir ki, buna səbəb Paris təmsilçisinin Çempionlar Liqasının 1/4 finalında “Liverpul”a qarşı keçirəcəyi matçdır.
Qərar çempionluq uğrunda mübarizə aparan “Lans” klubunun etirazına səbəb olub. Klub oyunun təxirə salınmasına qarşı çıxsa da, onun mövqeyi yekun qərara təsir göstərməyib.
