...

FİFA futbolda yeni qaydaları açıqlayıb

İdman Materials 26 Mart 2026 21:54 (UTC +04:00)
FİFA futbolda yeni qaydaları açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FİFA futbolda bir sıra yeni qaydalar açıqlayıb.

Trend xəbər verir ki, bu qaydalar 2026-cı il dünya çempionatından etibarən tətbiq ediləcək.

Yeni qaydalara əsasən:

- Əgər əvəzedici oyunçu meydanı 10 saniyə ərzində tərk etməzsə, onu əvəz edən futbolçu meydana daxil olmazdan əvvəl bir dəqiqə gözləməli olacaq.
- Tibb heyəti tərəfindən müalicə olunan futbolçu bir dəqiqə ərzində meydandan kənarda qalmalı olacaq.
- VAR sisteminə ikinci sarı vərəqələr və mübahisəli künc zərbələri ilə bağlı epizodları nəzərdən keçirmək səlahiyyəti veriləcək.
- Oyunçular topun oyuna daxil edilməsi və ya qapıdan zərbə zamanı vaxt itirərsə, hakim beş saniyəlik geri sayım tətbiq edəcək.
- Qayda pozuntusu halında top rəqib komandaya veriləcək: yan xəttdən oyuna daxil etmə və ya künc zərbəsi ilə.

Xəbər lenti

Xəbər lenti