...

Nikaraquada zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 Mart 2026 22:43 (UTC +04:00)
Nikaraquada zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nikaraquada 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 973 min nəfərin yaşadığı Manaqua şəhərindən 23 kilometr qərbdə, ocağı isə 112 kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti