Bakı. Trend:
Malayziyanın Baş naziri Anvar İbrahim bildirib ki, İran, Misir, Türkiyə və regionun digər ölkələrinin liderləri ilə danışıqlar aparılıb və artıq Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verilib.
Trend xəbər verir ki, bu barədə "The Straits Times" məlumat yayıb.
Baş nazir İbrahim televiziya müraciətində bildirib: "Hazırda Malayziya neft tankerlərinin təhlükəsiz keçidini təmin etməklə məşğuluq ki, yüklərin daşınmasında iştirak edən heyətlər evlərinə qayıda bilsinlər."
O həmçinin İran Prezidenti Məsud Pezeşkiana tankerlərin buraxılmasına icazə verdiyinə görə təşəkkür edib və əlavə edib ki, digər liderlərlə aparılan danışıqlar Yaxın Şərqdəki münaqişənin həlli yollarını tapmağa yönəlib.
Baş nazir vurğulayıb: "Lakin bu, asan deyil, çünki İran hesab edir ki, dəfələrlə aldadılıb. Ölkəsi üçün aydın və icrası məcburi təhlükəsizlik zəmanətləri olmadan sülh istiqamətində addımlar atmaq onun üçün çətindir."
İbrahim həmçinin qeyd edib ki, Hörmüz boğazının blokadası Malayziyaya təsir edir və hakimiyyət orqanları neft və qaz tədarükündə yaranan fasilələrin nəticələrini azaltmaq üçün tədbirlər görür.
