Bakı. Trend:
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin cinayət işi üzrə Nyu-York məhkəməsində keçirilən ikinci iclas çərçivəsində dinləmələr başa çatıb.
Trend-in məlumatına görə, hakim Elvin Hellerstayn məhkəmə xərcləri ilə bağlı davam edən mübahisəyə baxmayaraq, Maduronun üzərindən ittihamların götürülməyəcəyini bildirib.
Maduronun vəkili Barri Pollak bildirib ki, cütlük məhkəmə xərclərini müstəqil şəkildə ödəyə bilməyəcəklərini qeyd edib və bu xərclərin Venesuela hökuməti tərəfindən qarşılanmalı olduğunu vurğulayıb.
Hakim Elvin Hellerstayn yaxın vaxtlarda ABŞ administrasiyasının Venesuelaya bu xərcləri ödəməyə icazə verib-verməməsi ilə bağlı qərar çıxaracağını bildirib.
İclas təxminən bir saat yarım davam edib.
