Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Trend xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Portuqaliya Bakıda yığması ilə qarşılaşacaq. 8-ci kilometr qəsəbə stadionunda keçirilək görüş saat 15:00-da başlayacaq.
27 mart
Avropa çempionatı
Seçmə mərhələ
15:00 Azərbaycan U-21 – Portuqaliya U-21
Baş hakim: Xristos Vergetis (Yunanıstan)
Qeyd edək ki, Azərbaycan millisi B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 13 xalla birinci pillədə qərarlaşıb.
