...

"Qatar Airways" uçuşların azalması səbəbindən yaranan zərəri kompensasiya etməyə çalışır

Dünya xəbərləri Materials 27 Mart 2026 05:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətərin əsas aviadaşıyıcısı “Qatar Airways” mart ayında uçuşların minimuma enməsi nəticəsində yaranan maddi zərəri kompensasiya etməyə çalışır.

Trend xəbər verir ki, aviadaşıyıcı təyyarə icarəyə verən şirkətlərlə danışıqlara başlayıb. Məqsəd icarə haqqını azaltmaq və ya ödənişləri təxirə salmaqdır.

Şirkət Yaxın Şərqdəki vəziyyət səbəbindən ay ərzində mindən çox uçuşu ləğv edib. 20 ən böyük hava gəmisi isə hazırda İspaniya aeroportlarında saxlanılır və mümkün risklərdən qorunur.

Regionun digər aviaşirkətləri də oxşar vəziyyətlə üzləşib.

Xəbər lenti

Xəbər lenti