Bakı. Trend:
Birləşmiş Ştatların Maliyyə Nazirliyi ölkənin yaranmasının 250-ci ildönümünün qeyd edilməsi münasibətilə milli valyuta əsginaslarında ABŞ Prezidenti Donald Trampın və qurumun rəhbəri Skott Bessentin imzalarının yerləşdirilməsinin planlaşdırıldığını açıqlayıb.
Trend xəbər verir ki, bu təşəbbüs həyata keçirilərsə, ölkə tarixində ilk dəfə fəaliyyətdə olan dövlət başçısının imzası pul nişanlarında yer alacaq.
“Böyük ölkəmizin və prezident Donald Trampın tarixi nailiyyətlərini qeyd etmək üçün üzərində onun adı olan Amerika dollarını buraxmaqdan daha təsirli bir yol yoxdur”, – deyə Skott Bessent bildirib.
Nazirin sözlərinə görə, Trampın ölkə tarixində “ABŞ-nin iqtisadi dirçəlişinin qızıl dövrünün memarı” kimi rolu nəzərə alınaraq onun imzasının milli valyutada əks olunması “təkcə yerinə düşən deyil, həm də tamamilə layiqlidir”.
