...

Almaniya Bundestaqı yanacaq qiymətlərinin artımına qarşı tədbirlər paketini qəbul edib

Dünya xəbərləri Materials 27 Mart 2026 04:58 (UTC +04:00)
Almaniya Bundestaqı yanacaq qiymətlərinin artımına qarşı tədbirlər paketini qəbul edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya parlamenti – Bundestaq Yaxın Şərqdəki qarşıdurma nəticəsində yanacağın qiymətlərinin sürətlə artmasına qarşı ilk tədbirlər paketini qəbul edib.

Trend xəbər verir ki, paketə əsasən, yanacaqdoldurma məntəqələrində qiymət artımına müvəqqəti olaraq gün ərzində yalnız bir dəfə – günorta saat 12:00-da icazə veriləcək.

Bununla tez-tez baş verən qiymət artımlarının qarşısının almaq nəzərdə tutulur. Qiymətlərin aşağı salınması üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq. Qaydanı pozanlar 100 min avroya qədər cərimələnə bilər.

Bundan əlavə, qiymətlərlə bağlı şəffaflığın təmin olunması məqsədilə rəqabət qanunvericiliyi sərtləşdirilib. Neft məhsulları sektorunda fəaliyyət göstərən şirkətlər gələcəkdə qiymətləri kəskin artırmaq istədikdə bunu əsaslandırmalı olacaq. Antiinhisar qurumuna topdansatış bazarında qiymət artımlarına nəzarət etmək imkanı verilir.

Qanun layihəsi hakimiyyətdə olan Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı bloku və Sosial Demokratlar Partiyası ilə yanaşı, Yaşıllar Partiyası tərəfindən də dəstəklənib.

Tədbirlər paketinin ən gec aprelin əvvəlində qüvvəyə minməsi və bir ildən sonra yenidən qiymətləndirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti