...

Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb

Siyasət Materials 27 Mart 2026 10:53 (UTC +04:00)
Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Budapeştdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç arasında görüş keçirilib.

Trend xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Budapeştdə Akif Çağatay Kılıç, Türkiyə Prezidentinin baş müşaviri ilə səmərəli görüşümüz oldu. Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti