...

Türkiyədə bara silahlı hücum qeydə alınıb

Dünya xəbərləri Materials 27 Mart 2026 08:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin şimal-qərbində yerləşən Kocaeli şəhərində bara silahlı hücum təşkil edilib.

Trend xəbər verir ki, hadisə gecə saatlarında İzmit rayonunda yerləşən barlardan birində baş verib.

Belə ki, avtomobillə əyləncə məkanına yaxınlaşan şəxslər barı atəşə tutduqdan sonra hadisə yerindən qaçıblar. Nəticədə iki nəfər həlak olub, üç nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb, hücum edən şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti