Bakı. Trend:
Martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Xəzər rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə
silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin
silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya
daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi
başlanaraq ibtidai istintaq aparılır.
Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu
tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.
