...

Mbappe tarixi rekorda yaxındır

İdman Materials 27 Mart 2026 14:27 (UTC +04:00)
Mbappe tarixi rekorda yaxındır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa millisinin kapitanı Kilian Mbappe Braziliya ilə keçirilən yoldaşlıq oyununda (2:1) qollardan birinin müəllifi olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bununla da onun millidə vurduğu qol sayı 56-a çatıb.

"Real"ın hücumçusu bu göstəricidə yalnız Olivye Jirudan geri qalır - cəmi 1 qol. Artıq milli karyerasını başa vurmuş Jirunun aktirvində 57 qol var.

Bu isə o deməkdir ki, Mabppe millinin bombardirlər siyahısına başçılıq etməyə çox yaxındır. Siyahıda 3-cü yerdə isə 51 qolla millinin keçmiş hücumçusu Tyeri Anridir.

Jiru bu saya 137, Mbappe 95, Anri isə 123 oyunla çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti