...

İstanbulda Novruz tədbirlərində 26 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 27 Mart 2026 11:30 (UTC +04:00)
İstanbulda Novruz tədbirlərində 26 nəfər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda keçirilən Novruz tədbirlərində PKK/KCK terror təşkilatının təbliğatını aparan 26 nəfər saxlanılıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, İstanbul Polis İdarəsinin kəşfiyyat və terrorla mübarizə bölmələri Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə apardıqları əməliyyat çərçivəsində tədbirlərdə iştirak edən bəzi şəxslərin təşkilatın təbliğatını apardıqlarını müəyyən ediblər.

Keçirilən əməliyyat zamanı müxtəlif ünvanlarda 26 şübhəli tutulub.

Axtarışlar zamanı siqnal tapança, təşkilati simvollar və müxtəlif rəqəmsal materiallar aşkarlanıb.

Saxlanılan şəxslər istintaq tədbirləri üçün polisə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti